Ermənilərin Xudavəng monastırında törətdikləri vandalizminin izləri ilə bağlı lazımi addımlar atılacaq.
Bunu jurnalistlərə açıqlaması zamanı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva APA-nın müvafiq sualına cavabında deyib.
"Təbii ki, Qarabağ və Şərqi Zəngəzurdakı bütün abidələr bizim mədəni-tarixi irsimizin bir hissəsidir.Həmin abidələrin qorunması, mühafizəsi, digər lazımi prosedurlar hamısı həyata keçiriləcək", - Xidmət rəisi qeyd edib.