Muğam professoru SƏRT DANIŞDI: “Onlar sabun köpüyü kimi müvəqqətidirlər”

Mənsum İbrahimov: “Təhsilsiz  sənətkar olmur.Mahnı oxumağa iddialı olan gənclər birinci növbədə  bu  sənətin təhsilni almalıdır. Biliksiz,  təsadüfi  müğənnilər sənətdə qalıcı ola bilməzlər”


Azərbaycan musiqsi ilə əlaqəsi olmayan şit, bayağı mahnılar gündən-günə  zövqləri korlamağa davam edir. Həmin mahnıları  ifa edən müğənniləri tez –tez efir məkanımızda görürük.Telekanallar reytinq  xatirinə ucuz, bayağı toy mahnıları ilə efir mədəniyyətini  korlayırlar.Nəticə də həmin müğənnilər verlişlərin  onlara olan “tələbat”ından güc alaraq özlərini  sənətkar belə adlandırırlar.Sənətdə qalıcı olacaqlarını düşünürlər.

Əlbəttə, bu hal mədəniyyət, incəsənət cameəsində, eləcə də cəmiyyətdə narazılıqlara, bəzən isə hiddətə səbəb olur. Çünki bayağılığı təbliğ edənlər televiziyalar vasitsəsilə istəmədən evlərimizin qonağı olurlar . 

Sənət dünyasındakı məlum vəziyyətlə bağlı “Sherg.az”a danışan tanınmış xanandə, xalq artisti Mənsum İbrahimov da söylədi ki, müğənniliyə iddialı olan gənclər  bu  sənətin  təhsilini almalıdır:

“Muğam professoruyam.Mənim üçün sənət önəmlidir.Düşünürəm ki,  müğənnilik etmək istəyən hər kəs sənət öyrənməlidir, təhsil almalıdır.Təhsilsiz  sənətkar olmur.Mahnı oxumağa iddialı olan gənclər birinci növbədə  bu  sənətin təhsilni almalıdır. Sonra sənətlə məşğul ola bilərlər. Biliksiz,  təsadüfi  müğənnilər sənətdə qalıcı ola bilməzlər. Sabun köpüyü kimi müvəqqətidirlər. Hər sənətin öz  bilikləri  olur, hər şey təhsil üzərində qurulur.

Xanandə onu da qeyd etdi ki, keçici  mahnılar  Azərbaycan musiqisini korlayır:

”Həmin  müğənnilərdən də çox onları piyar  edən  bəzi  telekanallar musiqmizə ziyan vurur. Bayağı musiqilər deyil, əsl sənət təbliğ olunmalıdır”

Samirə Ərəbova