Rusiyanın xalq artisti Lev Leşenko koronavirusa yoluxub


Rusiyanın xalq artisti Lev Leşenko koronavirusa yoluxub. 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə məşhur müğənninin hazırda karantinə alındığı Kommunarkadakı xəstəxananın baş həkimi Denis Protsenko öz Facebook səhifəsində yazıb . O, Lev Leşenkonun COVID-19-a yoluxduğunun təsdiqləndiyini söyləyib.

Baş həkim hazırda müğənninin vəziyyətinin stabil olduğunu, reanimasiyadan palataya köçürüləcəyini bildirib.