Ağstafada avtomobil aşıb, 2 nəfər xəsarət alıb

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az -ın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dağkəsəmən kəndində qeydə alınıb.
Hərəkətdə olan "VAZ 2106" markalı minik maşını idarəetmədən çıxıb və yolun kənarına aşıb. Qəza zamanı 1991-ci il təvəllüdlü Hacıyev Orxan İlqar oğlu və onun həmyaşıdı Məmmədov Vüqar İxtiyar oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.