Mühüm tövsiyə: “Övladlarınıza telefon verməyin” – Mikrob !    

"Təəsüf ki, çox insan tualetə belə gedəndə telefonu özü ilə aparır ki, bu bildiyiniz ən ciddi gigiyenik qayda pozuntusudur” 



“Ən ciddi koronavirus mənbəyi, ən sevimli əşyanız, bütün günü əlinizdən düşməyən mobil telefonlarınızdır. həyatınızın ayrılmaz parçası olan telefonlarınızı gündə neçə dəfə dezinfeksiya edirsiniz? !”
Bu sözləri “Sherg.az”a pediatr Günay Rəsulova deyib. 
Onun sözlərinə görə, koronavirusdan qorunmada gigiyena və özünü izolyasiya etmək demək olar ki virusdan 99 faiz qoruyur:

“Lakin dezinfeksiya dedikdə sadəcə əl yuma deyil, əlinizi yuduqdan sonra biixtiyar ona tərəf qaçdığınız sevimli əşyanızı da hər əl yuma sonrası spirtləməyi unutmayın! Gündə dəfələrlə üzünüzə ən yaxın təmasda olan bu əşya, ciddi mikrob qaynağı, həmçinin koronavirus mənbəyi ola bilər. Telefonların təmizliyinə ciddi fikir verin, övladlarınıza telefon verməyin! Bundan başqa, təəsüf ki, çox insan tualetə belə gedəndə telefonu özü ilə aparır ki, bu bildiyiniz ən ciddi gigiyenik qayda pozuntusudur”. 



G. Rəsulova hesab edir ki,  bütün dünyanı təsir dairəsinə alan koronavirusdan qorunmada, orqanizmin virusa qarşı immunitetini artırmada əsas effektli olan, yetərli miqdarda günəş işığı alıb, D vitamini, C vitamini və Zinc tərkibli qidalardan bol- bol istifadə etmək vacibdir: 

“D vitamini əhəmiyyətli dərəcədə immuniteti artıran hormon olduğu üçün koronavirus epidemiyası zamanı D vitamini istifadəsi, bu vitamin əksikliyi olanlar isə D vitaminini həkimlə məsləhətləşərək müalicəvi dozada qəbul etməlidir. 
Araşdırmalara görə,  Vitamin D-in qəbul edilməsi ilə serumda 25(OH)D-in konsentrasiyasının artırılması hesabına, qripdən, pnevmoniyadan və koronavirusdan ağırlaşma hallarını azaltmaq olar. Yüksək doza Vitamin C alımı həmçinin viruslarla mübarizədə orqanizmə kömək edir ki, təbii şəkildə qəbul olunmuş vitamin c tərkibli qidalar rasionda bol olmalıdır. Zinc immun sistemini gücləndirən əsas mikroelementdir. Orqanizmdə zinc miqdarı çox azdır amma bir çox xəstəliyin adladılmasında zinc ciddi əhəmiyyətli rol oynayır. Zinc əsasən balıq məhsullarında olub, bu dönəm qida əlavəsi kimi də qəbul edilməsi tövsiyyə edilir”.