Azərbaycanlı aktrisanın qohumu koronavirusdan öldü: "Mən də evdən..." 

Azərbaycanlı aktrisa Pərvin Abıyevanın qohumu koronavirusdan dünyasın dəyişib.
Lent.az -ın məlumatına görə, aktrisa bu barədə instaqramın canlı yayımında danışıb:
"Mənim uzaq qohumum da bu xəstəlikdən dünyasın dəyişdi. İnanmayanlara demək istəyirəm ki, həqiqətən də bu virus var. Ona görə evdə oturun, sağlam qalın. Mən də məcbur olmadıqca evdən çıxmıram".