Milli Televiziya və Radio Şurasına yeni sədr seçilib

Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.
MTRŞ-dan APA-ya verilən məlumata görə, iclasda təşkilati məsələlərə baxılıb.
“Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 17-ci bəndinə uyğun olaraq Milli Televiziya və Radio Şurasının üzvü İsmət Rəcəb oğlu Səttarov MTRŞ-nın sədri seçilib.
Qeyd edək ki, MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmli idi.