İtaliya A seriyasının bütün oyunları eyni şəhərdə keçirilə bilər


İtaliya A seriyasında mövsümün qalan oyunları bir şəhərdə keçirilə bilər.

Apasport.az saytının məlumatına görə, yerli federasiya bütün qarşılaşmaların paytaxt Romada oynanılması perspektivini müzakirə edir.

Romada koronavirus pandemiyasının yayılma sürəti digər şəhərlərlə müqayisədə az olduğundan, təşkilatçılar 20 komandanı ora toplamağı düşünür. Belədə digər bölgələrin insanları ilə təmas məhdudlaşdırılacaq, futbolçu və məşqçi heyəti hər gün koronavirus testindən keçiriləcək, həmçinin jurnalistlərin komandalar məskunlaşan yerlərə getməsinə icazə verilməyəcək.

Qeyd edək ki, İtaliya A seriyası 26 turdan sonra dayandırılıb.