Əməkdar idman ustası Prezidentə yazır: “Dövlətimiz bütün dünyaya nümunə oldu ”

Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir.

Dünya və Avropa çempionu, Prezident mükafatçısı, Əməkdar idman ustası Vüqar Namazov Prezidentə təşəkkür məktubunda diqqətə çatdırır: 

“Möhtərəm cənab Prezident, Sizin gördüyünüz qabaqlayıcı tədbirlər nəticəsində bütün dünyada yayılmış koronovirus pandemiyasının ölkəmizdə də sürətlə yayılmasının qarşısının alınmasına nail ola bilmişik. Bu ancaq Sizin uzaqgörən siyasətinizin və millətimizə olan qayğınızın sayəsində mümkün ola bilərdi. Bu çətin vəziyyətə heç bir dövlət hazır deyildi və Sizin çevik qərarlarınız nəticəsində dövlətimiz bütün dünyaya nümunə oldu. İdman sahəsində olduğu kimi bütün sahələrdə də yanımızda olduğunuz üçün Sizə dərin minnətdarlığımı bildirirəm”.