Məcburi köçkündən LİDERƏ: “Apardığınız mübarizədə daim Sizi dəstəkləyirik və Sizinləyik”

Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir.

Bakıda yaşayan Qubadlı rayonundan olan məcburi köçkün İlkin Cabbarlı ölkə başçısına  məktubunda bildirir:

“Çox hörmətli möhtərəm Prezident, mən bir Azərbaycan gənci olaraq, bu çətin dövrdə biz məcburi köçkünlərə göstərdiyiniz qayğıya görə Sizlərə öz adımdan və məskunlaşdığımız yataqxananın məcburi köçkünləri adından təşəkkür edir, dərin minnətdarlığımızı bildiririk.Bir daha bəyan edirik ki, dövlətçiliyimizin inkişafı, millətimizin xoşbəxtliyi, ölkəmizin ərazi bütövlüyü uğrunda apardığınız mübarizədə daim Sizi dəstəkləyir və Sizinləyik.Hər şey üçün təşəkkür edirik”.