Ağrılı ana Ərdoğana səsləndi: Qatilin edamını tələb edir


 Sevgilisi, milli boksçu Selim Ahmet Kemaloğlu (26) tərəfindən Muğlada öldürülən Zeynep Şenpınar (25) ata yurdu Kahramanmaraşın Pazarcık qəsəbəsində atasının yanında torpağa tapşırılıb.



Sherg.az türk mediasına istinadən xəbər verir ki, keçən il Muğlada Sosial Araşdırmalar Təhsil şöbəsini bitirən Zeynep Şenpınar iki gün öncə eyni evdə yaşayan Selim Ahmet Kemaloğlu tərəfindən bıçaqlanaraq öldürülüb.





Zeynep Şenpınarın Fransada olan əkizi Kamal ilə böyük qardaşı Salman Şenpınar koronavirus səbəbiylə dəfn mərasimində iştirak edə bilməyiblər.
Mərasimdə qızının tabutunu qucaqlayan Avruz Şenpınar, qatil Səlim Əhməd Kamaloğluna lənətlər yağdırıb.
Ağrılı ana, tabutda səssiz yatan qızına səslənərək, "Sənə qurban olum, Zeynep. Necə qıydılar sənə. Qatil, qızımı parçaladın. Bir dəfə vur, iki dəfə vur, üç dəfə vur. Sən necə onun hər tərəfini yaraladın"deyə fəryad qoparıb.




Cənazə mərasimi zamanı sosial məsafə unudulsa da, Avruz Şenpınar qızının qəbrindən güclə uzaqlaşdırılıb.
Mərasimə qatılan qadınlar cinayətlərin sona çatdırılmasını və qatilin edam edilməsini tələb etdiblər.
Avruz Şenpınar da qızının qatilinin edam edilməsini istəyib, "Mən edam olunmasını istəyirəm. Dünən axşam qızımla danışdım. Hər gecə görüntülü danışırdım. Elə hey “Ana, qorxma” deyirdi. Prezidentimə səslənirəm, bu adamın edam olunmasını istəyirəm".

 Bu arada  bildirilib ki, sevgilisi Zeynep Şenpınarı öldürdükdən sonra özünü bıçaqla yaralayan Selim Ahmet Kemaloğlu müalicəsini xəstəxanada davam etdirir.

Turan