İki uşaq atası özünü öldürdü

Ucar rayonunda intihar hadisəsi qeydə alınıb.
APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Qazyan kənd sakini, 41 yaşlı Samir Mirsaab oğlu Əliyev bu gün səhər saatlarında həyətindəki tut ağacından özünü asıb.
Məlumata görə, 2 uşaq atası olan S. Əliyev içki aludəçisi olub. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.