Ermənistanda koronavirusdan ölənlərin sayı 113-ə çatıb


Ermənistanda son sutka ərzində daha 442 nəfərdə koronavirus aşkarlanıb, 15 nəfər ölüb.

APA-nın “Armenia Sputnik”ə istinadəm xəbərinə görə, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Məlumatda bildirilir ki, ölkədə ümumilikdə xəstəliyə yoluxma sayı 8216-ya, ölənlərin sayı isə 113-ə çatıb. 

Qeyd edilib ki, hazırda ölkədə aktiv koronavirus xəstələrinin sayı 4472 nəfərdir.