Poroşenkonun varidatı açıqlandı: 3-cü sıradadır


Ukraynanın sabiq Prezidenti Pyotr Poroşenko ölkənin yüz ən varlı iş adamı arasındadır.

Axar.az xəbər verir ki, bu barədə məlumatı "Forbes" jurnalı yayıb. Məlumata görə, Poroşenko siyahıda 3-cü sırada yer alıb.

Poroşenkonun hazırda 1.4 milyard sərvəti olduğu və gəlirinin əsas hissəsini "Roşen" şirniyyat korporasiyasından əldə etdiyi bildirilir.

Birinci yeri isə 2.8 milyard dollar sərvətlə Rinat Əhmədov, ikinci yeri 1,4 milyardla "İnterpipe" şirkətinin rəhbəri Viktor Pinçuk tutub.

Ukraynanın 100 iş adamının toplam sərvətinin 31 milyard dollardan çox olduğu bildirilib.