Göyçayda 10-cu sinif şagirdi kanalda batıb

Göyçay rayonunda yeniyetmə oğlan bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 19:00 radələrində Yuxarı Şirvan kanalının İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Rayonun Aşağı Qaraməryəm kənd sakini, 2004-cü il təvəllüdlü Cəbiyev İsmayıl Mehrah oğlu Yuxarı Şirvan kanalında çimərkən ehtiyatsızlıq edib və qəflətən suda boğulub. Yaxınlıqdakı insanlar onun həyatını xilas edə bilməyib.
Onun meyidinin tapılaraq sudan çıxarılması üçün əraziyə FHN-nin Mingəçevirdəki Aran dalğıc-axtarış qrupunun əməkdaşları cəlb olunub.