ABŞ-İran qarşıdurması hərbi sferaya daşına bilərmi ? – ŞƏRH 

“Hərb meydanındakı müharibələr ölkələrin gündəmində deyil”


İranla ABŞ arasında münasibətlər yenidən kəskinləşməkdədir. Tərəflər arasındakı “söz savaşı” illərdir, davam edir. Münasibətlər  gah loyal, gah da radikal müstəviyə gəlib çıxır. İran hökumətinin ABŞ prezidenti Donald Trampın həbs edilməsi barədə İnterpola müraciət etməsi də vəziyyəti daha da kritikləşdirir. Hiperbolaya bənzər, yəni enib-qalxan templə davam edən münasibətlər nə vaxtadək çəkəcək? 

 

Məsələni “Sherg.az”a şərh edən politoloq İlqar Vəlizadənin fikrincə, münasibətlərin hərbi sferaya daşınması ehtimalı yoxdur: 

“Bu çəkişmələr iki dövlət arasındakı münasibətlərin xarakterindən xəbər verir. Belə də davam edəcək. Amma silah gücünün tətbiq olunmasına inanmıram. Birincisi, ona görə ki, indi başqa risklər var. Pandemiyanın  gətirdiyi problemləri həll etmək ölkələrin başlıca məqsədidir. Həm də ABŞ-ın öz ordularını müxtəlif mövqelərdən, o cümlədən Yaxın Şərqdən geri çəkdiyini nəzərə almaq lazımdır. Bu onu deməyə əsas verir ki, hərb meydanındakı müharibələr ölkələrin gündəmində deyil”.