ABŞ-da asiyalıların hər on nəfərindən üçü ayrı-seçkiliyə məruz qalır

ABŞ-da hər on asiyalıdan üçü yeni növ koronavirus səbəbindən ayrı-seçkiliyə uğrayır.
Bu barədə “Anadolu” agentliyi ABŞ-ın PEW araşdırma şirkəti tərəfindən hazırlanan hesabata istinadla məlumat yayıb.
COVID-19-un ilk dəfə ABŞ-da yayıldığı zamandan asiyalıların 31 faizinin irqi və etnik mənsubiyyətinə görə qərəzli münasibətə məruz qaldığı qeyd edilib.
Hesabatda bildirilir ki, ölkədə epidemiyadan təsirlənənlərin arasında asiyalılara son növbədə dəstək verilir.
Qaradərililərin 51 faizi COVID-19 virusu ilə əlaqədar dəstək aldıqlarını bildirsələr də, bu göstərici Latın amerikalılarda 29, asiyalılarda 28 faizə bərabərdir.