Balotelli Avropadan gedir


"Breşia"nın futbolçusu Mario Balotelli karyerasını Argentinada davam etdirə bilər.

Goal.az xəbər verir ki, bu barədə Argentina mətbuatı məlumat yayıb. Məlumatda, 29 yaşlı hücumçunun "Boka Xuniors"a keçə biləcəyi bildirilib.

Balotelli, meneceri Mina Rayola tərəfindən Boca Juniors-a təklif olunub.

"Breşia" Balotelli ilə müqaviləni ləğv etmək istəsə də, hücumçu bununla razılaşmayıb. Forvardın A Seriyası klubuyla sözləşməsi 2022-ci ilin yayına qədərdir.