Feliks sağaldı


"Atletiko Madrid"in hücumçusu Joao Feliks zədəsini tam sağaldıb.

Goal.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Portuqaliyalı futbolçu La Liqanın 38-ci turu çərçivəsində "Real Socyedad"la qarşılaşmada meydana çıxa biləcək.

Qeyd edək ki, 20 yaşlı futbolçu "Atletiko"nun son üç oyununu zədə səbəbindən buraxmalı olmuşdu.