“Bundan sonrakı şüarımız: maska taxaq, məsafə saxlayaq !”

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə sərtləşdirilmiş xüsusi karantin rejimi avqustun 5-dək uzadılıb. Bu isə o deməkdir ki, pandemiyadan əvvəlki həyatımıza qayıtmaq üçün tələsməməliyik.

Həkimlər Operativ Qərargın qərarını birmənalı olaraq dəstəkləyir, bunun müsbət nəticə ilə yekunlaşacağına inanırlar.
 
Hazırda İnstanbul İstinye universitetinin nevrologiya şöbəsində  çalışan həkim həmyerlimiz Vüqar Cəfər də “Sherg.az”a açıqlamasında karantin rejiminin uzadılmasının arzuolunan effekti verəcəyini bildirib: 



“Bütün dünya ölkələri kimi, Azərbaycan da koronavirusla mübarizə aparır. Yoluxanlarının sayının artmasının ardınca insanlar real təhlükəni başa düşdülər və daha məsuliyyətli davranmağa başladılar.

Nəzərə almaq lazımdır ki, mitinqdən sonra yoluxanlarının sayının yenidən artması qaçılmazdır. Ona görə də karantin rejiminin uzadılması yoluxma zəncirini qıraraq, xəstəliyin yayılmasının qarşısını alacaq. Düşünürəm ki, bundan sonrakı şüarımız “Maska taxaq, məsafə saxlayaq” olmalıdır”.