“Gigiyena qaydalarına əməl etmək lazımdır”

“Maskanın taxılması və əllərin daim yuyulması təmizlik və koronovirusa yoluxma riskinin azalması nöqteyi nəzərdən labüddür”


Avqustun 5-nə qədər tətbiq olunmuş karantin rejiminin başa çatmasına az qalıb. Ancaq əhalinin maraqla gözlədiyi - karantin rejiminin yenidən davam edib-etməyəcəyi hələ sual altındadır. Əvvəlki günlərimizə dönmək üçün vətəndaşlardan asılı olan bir çox məqamlar var.

İndi hər birimizin üzərinə ayrı-ayrılıqda  böyük məsuliyyət düşür. Sosial məsafəni qorumaq, gigiyenik qaydalara əməl etmək və ən önəmlisi maska taxmaq xüsusi əhəmiyyət kəsb edir. Çox təəsssüf ki, bunu hələ də dərk etməyən, ictimai nəqliyyatda maska taxmayanlar vətəndaşlar olmamış deyil.
Sosial məsafə qaydalarına əməl etmək hər birimizin borcudur, indiki durumda isə ən birinci vəzifəsidir. 

Tanınmış aktrisa Dəniz Tacəddin “Sherg.az”a açıqlamasında bildirib ki, gigiyenik qaydalara hər bir halda əməl etmək lazımdır:

“Maskanın taxılması və əllərin daim yuyulması təmizlik və koronovirusa yoluxma riskinin azalması nöqteyi nəzərdən labüddür. Gərək özünlə yanaşı ətrafına qarşı da məsuliyyət daşıyasan. Lakin gigiyenaya bu qədər aşırı əməl edilməsinin müsbətləri ilə yanaşı mənfi tərəfləri də mövcuddur.

Bu insanda obsulsiv kompulsiz pozuntuya, “tik”lərə gətirib çıxara bilər. Bildiyimiz kimi, əlimizdə mikrobların bəziləri orqanizmə zərər olduğu kimi, digərləri məhz viruslarla mübarizə xarakteri daşıyır.

Ona görə də həddindən artıq gigiyena insanın immun sistemini zəiflədə bilər”.