Həkim: "Özümüzü qorumağı bacarmalıyıq"

"Belə olsa, iqtisadi çöküş meydana gələr"


“Dünyada yeni növ koronavirus (COVID-19) pandemiyası şiddətlənir. Son 6 həftə ərzində xəstəliyə yoluxanların sayı praktiki olaraq ikiqat artıb”.
Bunu bu gün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədə brifinq zamanı deyib.
“16 milyon koronavirusa yoluxma və xəstəlikdən 640 mindən çox ölüm halları ilə bağlı ÜST-ə məlumat daxil olub. Pandemiyanın yayılma sürəti artır”, - deyə baş direktor vurğulayıb.
 
Bu barədə “Sherg.az”a danışan həkim-psixoterapevt Əli Nağıyev fikrini bildirib:

“Mən bir psixoterapevt kimi “ikinci dalğa” ifadəsini bəyənmirəm. Çünki cəmiyyətdə panika yaranır. Sadəcə koronavirusun həndəsi silsilə ilə artdığını bilmək lazımdır”.
 
Ə.Nağıyevin fikrincə, təlaşa ehtiyac yoxdur:

“Müşahidə edirəm ki, yoluxma sayı artdıqca virus sanki “ağıllanır”. Daha çox yaşamaq və başqa orqanimzlərə keçməkdən ötrü sahibini öldürməməyə çalışır. Deməli, yoluxma sayınınm artması virusun öldürücük gücünün azalması ilə üstə-üstə düşür. Yəni qorxunu artırmaq düzgün deyil”.

Psixoterapevt, insanlara diqqətli və məsuliyyətli olmağı tövsiyə edib:

“Bu o deməkdir ki, biz fərdi müstəvidə qaydalara uyğun davranmalı, belə demək mümkünsə, özümüz özümüz üçün karantin tətbiq etməliyik. Çünki hökumət karantini çox uzada bilməz. Belə olsa, iqtisadi çöküş meydana gəlir. Odur ki, bir daha təkrar edirəm, özümüz özümüzü qorumağı bacarmalıyıq”.