"Pul verib, reklam olunurlar"

İnstaqramdakı xəbər səhifələri Tolikin tənqid hədəfinə çevrilib

Tanınmış prodüser, aparıcı  Tarix Əliyev(Tolik)  zaman-zaman sosial şəbəkə hesablarında şou-biznes nümayəndələrini tənqid edir. Anonim şəkildə, ad çəkmədən  statuslarda atmacalar yazır. Bu gün isə  instaqramdakı xəbər səhifələri Tolikin tənqid hədəfinə çevrilib. 

“Sherg.az” xəbər verir ki, aparıcı Türkiyəli müğənni İbrahim Tatlısesin “Bəzi insanlar eynən şar kimidir. Üfürəndə  havaya girir.  Ya üfürməyəcəksən  sönük qalacaq, ya da  şişdiyini görüb iynəylə partladacaqsan. Çox dəyər verməyəcəksən” sözlərini dediyi videonu paylaşaraq bunları yazıb: 

“İnstaqramda olan bəzi xəbər səhifələri hansısa müğənni, model, aktrisa  və sair. Həyatı bilinməyənləri o qədər oxucuların gözündə şişirdiblər ki, insanlar elə bilir ki,  ölkədə söz sahibi  onlardır.  İnanın, pul verib reklam olunurlar.  Amma az xəbərləri çıxanlar  heç kimə nə pul verir, nə də yaltaqlanır.”