Paşinyanın islahatlar kursu fiaskoya uğrayır: Ona görə erməniləri müharibə ilə qorxudur

“Ermənistan hakimiyyəti Azərbaycanla müharibəyə hazırlaşır. Hazırda heç bir danışıqlardan söhbət gedə bilməz”. 

Bunu “Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.



Siyasi şərhçi bildirib ki, Ermənistan baş naziri Nikol Paşinyan öz oğlunu nümayişkarənə Azərbaycanın işğal olunmuş ərazilərinə hərbi xidmətə göndərdi: 

“Baş nazirin bu hərəkəti Ermənistan tərəfinin Azərbaycan ərazilərinin işğalını etiraf etməsi idi. Həmçinin bu, Paşinyanın ərazilərin qaytarmayacağı mesajı idi. Hazırda Paşinyanın xanımı Anna Akopyan Qarabağda əlində silah təlimlərə qatılıb. Burada eyni mesaj verilir. Aydın olur ki, Ermənistan sülh danışıqlarından tamamilə kənarlaşıb. Erməni baş naziri açıq şəkildə bəyan edir ki, danışıqlarla heç bir ərazi qaytarılmayacaq. Paşinyan böhranlı daxili iqtisadi vəziyyəti müharibə ilə manipulyasiya edə bilər. Çünki Paşinyanın elan etdiyi islahatlar kursu fiaskoya uğrayır. Ona görə də baş nazir erməniləri müharibə ilə qorxudur”.