Mətanət İsgəndərli sükutu pozdu: “Tezliklə...!” - Foto

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə tətbiq olunan karantin rejimi ilə əlaqədəar bütün sahələrdə durğunluq hökm sürür. O cümlədən musiqi sektorunda da səssizlik müşahidə olunur. Lakin son günlər bir neçə sənətçi bu sükutu pozmağa çalışır.

Ard-arda çıxan mahnılar, kliplər şou-biznes cameəsini  yenidən canlandırır. 

Tanınmış müğənni  Mətanət İsgəndərli də karantinin təsirindən çıxıb yaradcılıq işlərində başlayanlar sırasındadır.



“Sherg.az” xəbər verir ki, səsyazma studiyasından foto paylaşaraq bunları yazıb:

“Əziz izləyicilərim, sizin üçün gözəl mahnılar səsləndirmək yolunda studiya çalışmalarım davam edir. Tezliklə...”