Nofəl Süleymanovun oğluna: “Vicdan əzabı içini yeyib, bitirəcək"

Xəbər verdiyimiz kimi tanınmış  gitara ifaçısı Nofəl Süleymanov 
evdə 17 yaşlı oğlu Şövqünün ehtiyatsızlıqdan ov tüfəngindən atəş açması nəticəsində dünyasını dəyişib. 

Bu faciəvi ölüm hadisəsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Kimiləri uşağı təqsirləndirib, kimiləri isə valideynlərini günahkar bilib. Nəticədə ömrü yarım qalan ata, həyatı məhv olan oğul var. 

Belə bir məqamda hələ 17 yaşındakı gənci sərt tənqid etmək nə dərəcədə düzgündür?



Məsələni “Sherg.az”a dəyərləndirən tanınmış şairə Cığatel İsaqızı N.Süleymanovdan da bəhs edib:

“Proqramlarda görürdüm, o qədər ədəbli, tərbiyəli oğlan idi. Belə yaxın dostluğum olmayıb. Amma özünə də demişdim ki, xətrini çox istəyirəm”.

Şairə həmçinin bildirib ki, xəbəri eşidəndə Nofələ nə qədər üzülsə də, onun həyat yoldaşı və oğlu üçün daha çox təsirlənib:

“Ölüm Allah işidir. Əzrayıl deyir insanların canını elə alacam ki, kimsə  məndən inciməsin. Birinə desinlər arabadan uçdu, o birini elektrik vurdu. O da onun taleyi idi. Amma övladının ömür boyu vicdan əzabı içini yeyib, bitirəcək. Uşağı da, yoldaşı da yazıqdır. Həyat yoldaşı öldü, övladı da o cür məhv oldu".