Mövsümi qriplə COVİD -19 birləşərsə, nələr olar? – Təsirli rolik

Azərbaycanda COVİD -19 pandemiyası və mövsümi qripə qarşı mübarizə üçün maarifləndirici rolik hazırlanıb. Videoçarxda  2020-ci ilin  payızında ölkəmizdə koronavirusun öləziyə biləcəyi qeyd edilir, lakin onun sonradan mövsümi viruslarla birləşib, güclənməsi də ehtimal olunur. Videodakı qısa mətni diqqətinizə çatdırırıq. 
Azərbaycanda 2020-ci ilin  payızıdır. COVİD -19 kor-peşiman geri qayıdır. Yolda yeni növ qrip ştammı ilə rastlaşır. 

Onlar arasında dialoq yaranır.
-Salam, COVİD
-Salam, qrip
-Bir şey alınmadı?
-Eh əl-qolumu bağlayıblar.
-Narahat olma, biz sənləyik. 

Və bu viruslar birləşərək “irəli” əmri verib yaşayaş binalarına hücum çəkirlər. 

Videonun sonunda o da vurğulanıb ki, bu kiçik, lakin olduqca mühüm dialoqdan nəticə çıxarıb, yeni növ mövsümi qripə qarşı peyvənd vacibdir.