Əfv Komissiyasının fəaliyyəti ilə bağlı şübhələr araşdırılacaq

“Əfv Komissiyasının bundan əvvəlki tərkibində bir sürücü böyük bir səlahiyyətə malik olubsa, bu, olduqca ciddi məsələdir”.
Oxu.Az-ın müxbiri xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin iclasında bildirib.
O qeyd edib ki, deputat Elman Nəsirovun fikirlərindən sonra böyük jurnalist araşdırmaları başlayacaq. 

“Bu məsələ araşdırılmalıdır. Bilmirəm bundan sonra həmin şəxsi əfv etmək mümkün olacaq, ya yox”, - deyə Z.Oruc əlavə edib.

Deputat Elman Nəsirov komitənin iclasında deyib ki, Əfv Məsələləri Komissiyasının bundan əvvəlki tərkibində qeyri-qanuni addımlar atılıb.

Onun sözlərinə görə, Komissiyanın üzvlərindən birinin sürücüsü insanlara yaxınlaşıb həbsdə olan adamların əfv siyahısına düşməsini təklif edib.