Əfqanıstanda partlayış törədilib, ölən və yaralananlar var


Əfqanıstanın şimalındakı Bəlx vilayətinin paytaxtı olan Məzari-Şərif şəhərində partlayıcı qurğunun partladılması nəticəsində azı bir nəfər ölüb, daha beş nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “Tolo news” telekanalı səhiyyə işçilərinə istinadən məlumat yayıb.

Məlumata görə, yaralılardan üçünün vəziyyəti ağırdır. Polis isə bildirib ki, partlayış yaxınlıqdan təhlükəsizlik qüvvələrinə aid karvan keçərkən baş verib.