İntihara cəhd: Hadisəni izləmək üçün maşınlarından enib telefona sarıldılar - FOTOLAR 


İstanbulun tarixi Bozdoğan kəmərinə çıxaraq intihara cəhd edən Yasin D. böyük səylərdən sonra əməlindən vaz keçib.

Sherg.az  türk mediasına istinadən xəbər verir ki, hadisə  saat 12.00 radələrində Atatürk bulvarında yaşanıb. Yasin D. bərpası davam edən Bozdoğan kəmərinin üstünə çıxıb. Kəmərin ucunda dayananı görən vətəndaşlar vəziyyəti dərhal polis, xilasetmə və sağlamlıq qruplarına bildirib.





Polis qrupları ətrafda təhlükəsizlik tədbiri görüb. İntihara cəhd edən Yasin D.ın yanına danışıqlar üçün polis göndərilib. Kəmərin altında isə xilasetmə qrupları təhlükəsizlik yastığı açaraq vəziyyətə nəzarət edib. Polisin və xilasetmənin uzun danışıqlarından iki saat sonra Yasin D. intihardan imtina edib. Bozdoğan kəmərindən endirilən Yasin D. hadisə yerindəki sağlamlıq qruplarına təslim edilib.


Bu arada vətəndaşlar avtomobillərini kənara çəkib cib telefonu ilə yaşanan intihar cəhdini qeydə alıblar. Maska və və sosial məsafəyə diqqət yetirməyən vətəndaşlar polis  tərəfindən dağıdılıb. İntiharçını razısalma işləri zamanı yollarda böyük tıxac yaranıb.



Turan