Növbəti xəritə təxribatı! - “Bu işdən İran iyi gəlir”

Xalq artisti Alim Qasımovun ilahiyyatçı Seyyid Taleh Boradigahi ilə birgə çəkdirdiyi "Hədəfim Hüseyndir” adlı klipində Azərbaycanın cənub bölgəsinin İran ərazisi kimi göstərildiyi xəritənin yer alması qalmaqala səbəb olub.
Xalq artisti açıqlamasında məsələdən xəbərsiz olduğunu bildirib:

"Klip haqqında menecerlə danışmışdım. Klip İmam Hüseynlə bağlı idi. Studiyada oxuyub çıxdım. Orada nə baş verdiyindən xəbərsizəm. Kimlər nə ediblər, hansı siyasəti işlədiblər, məlumatım yoxdur. Mən bilmirəm".



Politoloq Sədrəddin Soltan bu barədə “Sherg.az”a danışıb: 

“Belə hal Azərbaycanın ərazi bütövlüyünə həqarətdir. Kim çəkibsə, kim yayıbsa, o, bunu düşmənlik məqsədilə edib. Və əgər Alim Qasımov məsələyə münasibət bildirməyibsə, deməli, Xalq artisti də həmin xəritə ilə razıdır. Seyyid Taleh Boradigahini tanımıram. Fəqət bu işdən İran iyi gəlir”.