Azərbaycan Texniki Universitetinin sabiq prorektoru vəfat etdi

Azərbaycan Texniki Universitetinin (AzTU) Elm və texnika üzrə sabiq prorektoru Zərifə İsgəndərzadə 85 yaşında vəfat edib.
Bununla bağlı AzTU məlumat yayıb.
Z.İsgəndərzadə 1959-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fizika fakültəsini bitirib.
1995-2000-ci illərdə AzTU-nun Elm və texnika üzrə prorektoru vəzifəsində işləyib.
30 il ərzində (1980-ci ildən 2010-cu ilə kimi) AzTU-nun Yarımkeçiricilər və dielektriklər, Mikroelektronika və tətbiqi fizika və Elektronika kafedralarına rəhbərlik edib. 2010-2017-ci illərdə fəaliyyətini Elektronika kafedrasının professoru kimi davam etdirib.
Z.İsgəndərzadə Azərbaycanın fizika-riyaziyyat üzrə ilk qadın professorudur.
Allah rəhmət eləsin!