“Murtaza Qaraçanta ermənilərin Qars səfərlərinə imkan vermirdi”

Dünən mətbuatda Türkiyə Terrorla Mübarizə Polis Şöbəsinin əməkdaşları Qars bələdiyyəsinin başçısı Ayhan Bilgeni həbs edilməsi ilə bağlı xəbərlər yayıldı. Rəsmi şəxs - Kürdpərəst Xalq Demokratik Partiyasının üzvü - terrora çağırışda və terrorçuları dəstəkləməkdə günahlandırılır. 
 "Sherg.az" bu sözləri diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk bildirib. 

“Ayhan Bilgen antiazərbaycan və antitürk siyasəti yürüdürdü. Bir fakı deyə bilərəm ki, onun vaxtında ermənilər Qarsa ayaq açmışdılar. Səfərləri təşkil edilirdi. Separatçı xətti dəstəkləyirdi. 

Qars Azərbaycan üçün strateji önəm daşıyır. Ermənistanın Türkiyəyə açılan qapısıdır.  2009-cu ildə Qars bələdiyyəsinin keçmiş sədri Murtaza Qaraçantanın qonağı olmuşam. Murtaza bəy o zaman Qars-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri idi. 
Onun Qarsda Azərbaycan mədəniyyətinin yaşadılması, mövqelərinin güclənməsi üçün nə qədər əziyyət çəkdiyinin canlı şahidi olmuşam. Sonradan aktiv siyasətlə məşğul oldu.

2014-cü ildə Milliyyətçi Hərəkat Partiyasından Qarsın bələdiyyə sədri seçildi. Murtaza Qaracantanın vaxtında ermənilər Qarsa ayaq aça bilmirdilər və onların səfərlərini qəti qadağan etmişdir. Murtaza Qaraçanta belə insandır”.