Ukraynada təyyarə qəzasında ölənlərin hamısının meyiti tapılıb

Ukraynalı xilasedicilər Xarkov vilayətinin Çuguyev şəhərində An-26 təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 25 nəfərin hamısının meyitini aşkarlayıb.
Bu barədə “RİA Novosti” xəbər yayıb.
Xatırladaq ki, An-26 hərbi nəqliyyat təyyarəsi cümə axşamı təlim uçuşu zamanı Xarkov vilayətinin Çuguyev şəhəri yaxınlığında qəzaya uğrayıb.
Hava gəmisində 27 nəfər olub: yeddi ekipaj üzvü və 20 kursant. Bir kursantın uçmasına icazə verilməyib. Rəsmi rəqəmlərə görə, 26 nəfər ölüb (biri xəstəxanada).

Bir kursant xilas olub: O, son anda təyyarədən tullanmağı bacarıb. 

Kursant hazırda orta dərəcəli bədən xəsarətləri ilə xəstəxanadadır.