“Lazım olsa Putin Azərbaycan rəhbərliyi ilə telefonla danışacaq” - Peskov

Lazım olduğu təqdirdə Rusiya prezidenti Vladimir Putin Azərbaycan rəhbərliyi ilə telefonla danışacaq.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Kremlin sözçüsü hərbi əməliyyatlar başlayandan xarici işlər naziri Sergey Lavrovun həmkarları ilə daim təmasda olduğuna diqqəti çəkib.