...Səfər də bizimlədir, zəfər də !

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünya ölkələrinin Azərbaycana dəstəyi artmaqdadır. Azərbaycanın haqq səsi artıq eşidilir. Biz dünya miqyasında ədalətin bərpası uğrunda mübarizə aparan tərəf kimi qiymətləndirilirik. Görünür, tarixin çərxi çevrilib və qələbə bundan sonra bizimlədir. Dağlıq Qarabağa səfər də, zəfər də bizimlədir.


Bu barədə “Sherg.az”a danışan millət vəkili Rüfət Quliyev bizi dəstəkləyən bütün tərəflərə minnətdarlığını bildirib: 

“İndi dost kimdir, düşmən kimdir bilindi. Kənarda qalan dövlət yoxdur. 

Ya bizi dəstəkləyirlər, ya da əks-mövqedədirlər. Qardaş Türkiyə, Pakistan, Əfqanıstan, Ukrayna, həmçinin Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Azərbaycana dəstəyini bildirirlər. 

Mən də bununla bağlı Ukrayna parlamentinə məktub yazıb, təşəkkürümü bildirdim. 

Həmin ölkədə 550 min azərbaycanlı bizi dəstəkləyir. Hətta on minlərlə Ukrayna vətəndaşı müvafiq qurumlara müraciət edərərk könüllü, heç bir təmənnasız döyüşmək istədiklərini bildiriblər. 

Əlbəttə, Azərbaycanın kifayət qədər güclü ordusu var. Bizim heç kimin köməyinə ehtiyacımız yoxdur. Amma başda Türkiyə olmaqla, adını çəkdiyim digər tərəflərin bizə mənəvi dəstəyi çox yaxşıdır. Buna görə onlara minnətdarıq”.