Düşmən qənimətləri artıq bizim əmlakımızdır

Ələ keçirilən texnika və sursat artıq döyüşlərdə ordumuz tərəfindən istifadə oluna bilər
Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu döyüş əməliyyatları davam edir. Geri çəkilən düşmənin hərbi texnikası bölmələrimiz tərəfindən ələ keçirilib. Texnikanın içərisində erməni ordusuna məxsus hərbi geyim, su qabları, çantalar və digər əşyalar var.

Hərbi ekspert Şair Ramaldanov "Şərq"ə açıqlamasında bildirib ki, ələ keçirilən düşmən qənimətləri artıq bizim əmlakımız hesab olunur. Hərbi ekspert vurğulayıb ki, hərbi qənimət kimi ələ keçirilən texnika və sursat artıq döyüşlərdə ordumuz tərəfindən  istifadə oluna bilər:


"Hərbi qənimətlər ələ keçirilərkən ilk növbədə qeydiyyata alınır. Əgər onlar istifadəyə yararsızdısa, o zaman ləğv oluna bilər, o cümlədən biz onlardan ya texnika, ya da ehtiyat hissələr kimi istifadə edə bilərik.

Hansısa nasaz vəziyyətindədirsə, qısa müddətdə bərpa olunaraq orduya veriləcək. Cəbhə bölgəsində ələ keçirilən qənimətləri işlətmək əsgərlər üçün daha rahatdır. Çünki ermənilərin texnikaları Rusiyaya məxsusdur". Qeyd edim ki, Müdafiə Nazirliyi düşmənin döyüş əməliyyatları zamanı atıb getdiyi hərbi texnikanın Azərbaycan Ordusunun hərbi texnikasının rəngində rəngləndiyi barədə məlumat yayıb.