“Dünyada səsimiz eşidilir və müdafiə olunur” – Haqq nazilər, amma üzülməz !

“BMT, ATƏT kimi beynəlxalq qurumların prinsiplərini tam dərk edənlər başa düşürlər ki, Azərbaycanla Ermənistanı, yəni işğala məruz qalanla işğalçını eyniləşdirmək, bir tərəzinin gözünə qoymaq olmaz”

“Ermənistanın paytaxtı İrəvanda “SS” legionerinə heykəl qoyulub. Bu, bir daha ermənilərin xislətlərini, kimlərlə əməkdşalıq etdiklərini göstərir”


Bəlkə də, əvvəl belə deyildi. Amma artıq dünyanın ən müxtəlif ölkələrində yaşayan müstəqil ekspertlər, o cümlədən politoloqlar, hərbçilər Azərbaycanın haqq səsini eşitməyə, bizə dəstəklərini ifadən edən bəyanatlar səsləndirməyə başlayıblar. 
Məsələn amerikalı hərbi ekspert Ben Minikin müharibə ilə bağlı göstərdiyimiz fikirləri də bunun bariz nümunəsidir:

 “Ermənistan dünya miqyasında insan haqlarının pozulmasından gileylənir. Halbuki, onlar döyüşləri dayandırmaq üçün bir çox fürsətlərə malik olsalar da, bunların heç birindən istifadə etmədilər.

Əksinə, bunun əvəzinə, atəşkəsdən sonra da işğalçılıq siyasətlərini davam etdirdilər. Məsələ çox bəsitdir: Ermənistan təxribat, terror ölkəsidir.

Və onları müdafiə edənlər də həqiqəti görməkdən imtina edirlər”. Görünür, fələyin çərxi artıq çevrilib. Hətta bir vaxtlar işğalçını dəstəkləyənlər də indi əllərini onun üzərindən “götürməyə başlayıblar”.

 Millət vəkili Asim Mollazadə dünya eksperlərinin rəylərini “Sherg.az”a qiymətləndirib:

 “Beynəlxalq hüququ anlayanlar, real vəziyyəti düzgün qiymətləndirənlər, əlbəttə, Azərbaycanın haqq səsini eşidirlər, müdafiə edirlər.  Azərbaycanın əleyhinə mövqe sərgiləyənlər isə səlib yürüşü təfəkkürlülər və ya ona bənzər ekstremist ideologiyaya arxalananlardır.

BMT, ATƏT kimi beynəlxalq qurumların prinsiplərini tam dərk edənlər başa düşürlər ki, Azərbaycanla Ermənistanı, yəni işğala məruz qalanla işğalçını eyniləşdirmək, bir tərəzinin gözünə qoymaq olmaz.

Ermənistanın paytaxtı İrəvanda “SS” legionerinə heykəl qoyulub. Bu, bir daha ermənilərin xislətlərini, kimlərlə əməkdşalıq etdiklərini göstərir”.