Torpaqların bir qarışı da düşməndə qala bilməz

İlahi qanunlar da, dünya qanunları da bizim tərəfimizdədir

"Biz şəhidlərimizin ehtiramını, dəyərini daha üstün tutmalıyıq. Çünki onlar haqq olan məqamını artıq tutublar"

Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq isə ən böyük şərəf və qürurdur. Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Bəli, bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Onları yaşatmaq, tanıtmaq, hər şəhid ailəsinə hörmətlə yanaşmaq, şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərməksə hamımızın vətəndaşlıq borcudur. Elə bu gün də, gənclərimiz işğalda olan torpaqlarımızın erməni daşnaklarından azad etmək üçün cəbhədə canla-başla vuruşaraq, "Şəhid" adını qazanmaqdadır.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətva şöbəsinin əməkdaşı Ağa Səid Yaqubov "Şərq"ə açıqlamasında bildirib ki, bu gün Azərbaycan xalqının mövqeyi və amalı bəllidir. O vurğulayıb ki, biz öz müqəddəs torpaqlarımız uğrunda mübarizə aparırıq:

"Biz Vətənimizin uğrunda və müqəddəs torpaqlarımız uğrunda əks hücum əməliyyatlarını yerinə yetiririk. Orada Allaha aid olan inam dərgahlarımız var. Ata-babalarımız da müsəlman olaraq həmin torpaqlarda dəfn olunublar. O torpaqlar yüzə-yüz bizim haqqımızdır. Bizin haqqımıza vaxtilə təcavüz olunub. Allah-Təala "Qurani-Kərim"də də buyurur ki, sizi qətl edib yurdunuzdan, yuvanızdan çıxardana qarşı sərt olun. Onunla yalnız düşmən mövqedə durun və heç vaxt dostluq etməyin. Həm ilahi qanunlar, həm də dünya qanunları bu işdə bizi haqlı olaraq bilir. Yəni bizim bu hərəkətimiz, mövqeyimiz Ali Baş Komandanımızın da qeyd etdiyi kimi, haqq işidir". 

Ağa Səid şəhidlik zirvəsindən də söhbət açıb:

"Qurani-Kərim"də bir neçə ayəyə nəzər salsaq atdığımız addımların hər birini haqq olaraq görərik. Allah-Təala "Qurani-Kərim"in Fəqərə surəsinin 154-cü ayəsində buyurur ki, haqq yolunda, Allah yolunda ölənlərə əsla ölü deməyin, onlar diridirlər. Yalnız siz hiss etmirsiniz. Ona görə də bu gün canını fəda etmiş, əziz vətənpərvər igidlərimiz şəhid hesab olunur. Onlar Allah qatında həm dünyada, həm də axirətdə diridirlər. Şəhidlərin məqamını Allah daha ali tutub.

Biz onların ehtiramını, dəyərini daha üstün tutmalıyıq. Çünki onlar haqq olan məqamını artıq tutublar, şəhidlik məqamına ucalıblar. Onların ruhları bizdən razı qalsın deyə, canlarını fəda etdikləri torpaqları dəyərləndirməliyik. Torpaqların bir qarışını da düşmən tapdağına verməməliyik. Həmin şəhidlərin bugünkü gündə o torpaqlar uğrunda şəhid olma ehtiramı bizim üçün daha da əziz olmalıdır, qürur verməlidir. Qanımız  daha da cuşa gəlməli, biz də o torpaqlar uğrunda şəhid olmağa hazır olmalıyıq, torpaqlarımızı düşmən tapdağından azad edənədək. Allah-Təala şəhidlərimizin ehtiramına xatir ordumuza güc verəcək, qüvvət verəcək. Şanlı Ordumuz Allahın izni ilə zəfər çalacaq". 

Ağa Səid bunu da diqqətə çatdırdı ki, bizim düşmənimiz Allahın da düşmənidir:

"Bu gün onlar Allah, eyni zamanda dünya qanunlarının heç birini tanımırlar. Onlar nəinki cəbhə bölgəsində, cəbhə bölgəsində kənarda da günahsız insanların həyatına qəsd edirlər.

Ermənilər həm Allah qatında, həm də dünya qatında heç bir müharibə qanunlarına əməl etmirlər. Tarixən də belə ediblər, dəfələrlə soyqırımlar törədiblər. Bir sözlə, Allah qatında lənətlənmiş insanlardır. Onlar bizim əsgərlərimizin əli ilə nə qədər cəhənnəmə göndərilirlərsə, öldürülürlərsə, bu, Allah yanında da qəbul olunmuş bir əməldir. Çünki onlar nəinki insanlığın, hətta Allah-Təalanın da qoyduğu qaydaları pozan vəhşi və eqoist insanlardır. Ermənilər heç vaxt digər irqi millətlərlə birgə yaşamayıblar və onu bacarmırlar da. Onlar ona görə eqoist millətdirlər ki, yalnız özlərini istəyirlər. Ermənilər xütbəsənd və təkəbbürlü bir millətdir. Belə insanlar da Allah yanında bəyənilməyəndir.

Allah-Təala onları şeytan ordusu, şeytan dəstəsi bilir. Ona görə bu gün bizim ordumuz haqq ordusudur, şeytan ordusuna qarşı mübarizə aparır. Haqq olduğu torpaqlar uğrunda igidlərimiz canlarını verirlər!