Almaniyanın Səhiyyə naziri koronavirusa yoluxdu


Almaniyanın Səhiyyə naziri Yens Şpahn koronavirusa yoluxub.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Nazirin vəziyyəti barədə informasiya verilməyib. Y.Şpahn özünütəcridə yollanıb.

Qeyd edək ki, Almaniyada ümumilikdə 386 605 nəfər koronavirusa yoluxub.