Mükəmməl başlanğıc...

Türkiyəli hərbi ekspert Azərbaycanın savaş üstünlüklərini şərh edib

48 saatda Ermənistanın 30-dan çox hava müdafiə sistemi məhv edildi

"Azərbaycan ordusuna məxsus SİHA və kamikadze pilotsuz təyyarələri Dağlıq Qarabağ müharibəsində Ermənistanın  40-dan çox hava hücum sistemini və komponentini uğurla vurub. Liviya və Suriyadan sonra əldə edilən bu uğurun arxasında taktiki planlaşdırma dayanır".
"Sherg.az" xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri türkiyəli hərbi ekspert Turan Oğuz deyib. O, burada Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemlərinin zəif tərəflərinin yaxşı hesablandığını qeyd edib: "Bayraktar TB-2 sakit uçuş həyata keçirir, o cümlədən  MAM-L sursatlarını çata bilmədikləri yerdən atır:

"S-300-lərin olduğu bir sahədə onların çox yaxşı əməliyyat planlaşdırması var.  Dağlıq Qarabağ müharibəsində türk SİHA-ları Ermənistan ordusuna düz 1,5 milyard dollardan çox ziyan vurub və hələ də tarix  yazmağa davam edir. Ermənistan ordusu tərəfindən 28 ildir tikilən istehkamların darmadağın edilməsində və əməliyyata dərinlik qatmasında əhəmiyyətli rol oynayan SİHA-lar hətta 40-dan çox Rusiya istehsalı olan hava müdafiə sistemini vurmağı bacarıb". 

SİHA-ların bu uğura necə nail olduqları barədə açıqlama verən analitik bu uğurun təməlində çox yaxşı taktiki planlaşdırmanın dayandığını söyləyib: "Ermənistanın hava hücumundan müdafiə sistemləri köhnə idi və zəif cəhətləri də çox idi. Bayraktar və MAM-L cütlüyü Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemlərindəki məhdudiyyətləri aşdı.

13 dənəsi vurulan 9K33 OSA hava müdafiə sistemi 6,4 km və 5 km yüksəklikdə 360 km / s-dən aşağı sürətlərdə təyyarələri aşkar edə bilir. "Bayraktar TB-2" saatda 130 kilometrdən daha yavaş uçur və 5.5 km-dən yüksəklikdən sursat atəşi edir. MAM-L məsafəsi isə  8 km  ilə 14 km arasında dövr edir. Ancaq S-300-lər TB2-ləri izləyə bilmir.

Bəs, S-300-lərin olduğu sahədə  Bayraktar TB-2-lər necə yüksək səslə hərəkət etdilər? S-300-lər 180 km / s-dən aşağı sürətlə həyata keçirilən uçuşları daxili nasazlıqlar kimi qəbul edir və izləyə bilmirlər. Bütün bu zəif cəhətlərin hamısı ətraflı öyrənilib. Nəticədə Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemlərinin hamısı uğurla məhv edilib. Demək olar ki, artıq bu əməliyyatlar onu göstərdi ki, elektron müharibəyə ehtiyac yoxdur".

Azərbaycan ordusunun müvəffəqiyyətinin arxa planında kəşfiyyat, hava kəşfiyyatı-müşahidəsi və şəxsi heyət kəşfiyyatı olduğunu qeyd edən Oğuz belə qiymətləndirmə aparıb: "Azərbaycan əməliyyatlara çox yaxşı başladı.  Nəzərə alaq ki, "Bayraktar TB-2"-lər 48 saat ərzində Ermənistan ordusuna məxsus 30-dan çox hava müdafiə sistemini asanlıqla məhv etdi.  Bir çox texnikaların məhvində əhəmiyyətli rol oynadı. Artıq bir çox ölkə  "Bayraktar, TB-2"-ləri inventarına əlavə etmək istəyir. Ukrayna və Serbiya dövlətləri də onu almaq üçün müraciət edib. Ukrayna 48 ədəd Bayraktar TB-2 almaq niyyətindədir".