MN: Düşmən qüvvələrindən əsir götürülənlər var

Oktyabrın 24-də günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Sünik-Zəngilan yolu istiqamətindən bölmələrimizə hücum etməyə cəhd edib. 
"Sherg.az" xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
Bölmələrimizin sərt müqaviməti ilə rastlaşan düşmən geri çəkilməyə məcbur edilib. Düşmən qüvvələrindən əsir götürülənlər var.