Koronavirus Ermənistanda daha 26 nəfəri öldürdü

Bu gün saat 11:00-a olan vəziyyətə görə Ermənistanda koronavirusa 1600 yeni yoluxma qeydə alınıb.
Lent.az Ermənistan KİV-nə istinadla bildirir ki, ötən sutkada COVID-19-a yoluxan daha 26 nəfər ölüb.
Beləliklə, ölənlərin sayı 1222-yə çatıb.