Fransanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb


Fransa rəsmilərinin İslam peyğəmbəri barədə karikaturaları dəstəkləmələri ilə bağlı Fransanın Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili Florent Aydalot İranın Xarici İşlər Nazirliyinə çağırılıb və İranın rəsmi etirazı ona bildirilib.

Trend-in məlumatına görə, Fransa rəsmisinə çatdırılıb ki, İslam peyğəmbərinə hər hansı hörmətsizlik kəskin şəkildə pislənilir:

"İran Fransada islamofobiyanın güclənməsi və söz azadlığı adı altında nifrətin qızışdırılmasından dərin təəssüflənir".