Azərbaycanın Kubada səfirliyi olacaq

Prezident İlham Əliyev Azərbaycanın Kubada (Havana şəhərində) səfirliyinin təsis edilməsi haqqında qanunu təsdiqləyib.
APA-nın xəbərinə görə, qanuna əsasən, Azərbaycanın Kubada səfirliyi təsis edilib.
***
Prezident İlham Əliyev Azərbaycanın Kubada (Havana şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycanın Kubada (Havana şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etməlidir, bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Azərbaycannın Xarici İşlər Nazirliyi səfirliyin strukturunu və ştat cədvəlini təsdiqləməlidir.