Ermənilərin Xarkovdakı terror aktı PİSLƏNDİ: "Vandal xislətlərini ortaya qoyurlar"

"Əsgər leşlerinin əvəzini çıxmağa çalışırlar" 


Bu gecə ermənilər Azərbaycanın Xarkovdakı fəxri konsulluğuna hücum ediblər. Terrorçular konsulluğun binasını atəşə tutublar. Binaya 6 güllə deyib. Bu, erməni vandalizminin növbəti bariz nümunəsidir. Məğlubiyyətlərini həzm edə bilməyən ermənilər bu yolla intiqam almağa çalışırlar. 
 
Ukraynada yaşayan soydaşımız, Dnepr vilayətində diaspor təşkilatının qurucusu, tarixçi Eldar Tağızadə bu barədə "Sherg.az"a danışıb:

"Sözügedən hadisə əslində o qədər də təəccüblü deyil. Belə "qisas" ermənilərin xislətində var. Sanki cəbhədəki məğlubiyyətlərinin, əsgər leşlerinin əvəzini çıxmağa çalışırlar. Həm də Ukraynada silah almaq, daşımaq üçün xüsusi icazəyə ehtiyac yoxdur. Ona görə, demək olar, hamı silah daşıyır. Biz 90- çox illərdə də belə terrorların şahidi olmuşduq. Onlar öz xislətlərini açıq- aydın ortaya qoyurlar".