“Rusiya sülhməramlılarının missiyasına Türkiyə də nəzarət edəcək” - AKTUAL

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağdakı sülhməramlıların status ilə bağlı ciddi açıqlama verib. O, qeyd edib ki, Rusiya Qarabağda hansı anlayış içərisində yer alırsa, bizim müşahidə və monitorinq heyətlərimiz də orada eyni anlayışla yeri alacaq: “Hazırda Rusiya orada bəlli nöqtələrə yerləşməyə başlayıb. Danışıqlar gərək xarici işlər nazirlərimiz arasında aparılsın, eyni zamanda indi Rusiyadan bura bir heyət gəlir, burada da danışıqlar aparılacaq”.


Türkiyə lideri  Azərbaycan və Qarabağdakı 28 illik işğal rəsmi və faktiki olaraq sona çatdığını qeyd edib:

 “Qarabağ yenidən yenidən əmin-aman vətənə çevrilir, ayın kölgəsində dinc yerini tutur”.

Məsələyə münasibət bildirən millət vəkili, politoloq Rasim Musabəyov “Sherg.az”a deyib ki, Türkiyə Rusiya sülhməramlılarının missiyasına Azərbaycanla birlikdə nəzarət edəcək:

“Əlbəttə, orada rus hərbçiləri çox azdır və biz onlarla bacararıq. Amma söhbət regiona əlavə qüvvənin göndərilməsindən gedir. Sözsüz ki, Türkiyə hərbçiləri Azərbaycanla Ermənistan arasında dayanmayacaq.

Onsuz da düşmən ölkə bizim qarşımızda aciz və zəifdir. Qardaş ölkə ruslar kimi orada post da qurmayacaq.

Amma nəzarət kameraları vasitəsilə müşahidə edəcək”.