“Qarabağ”ın Türkiyəyə səfər proqramı açıqlanıb

Avropa Liqasının qrup mərhələsində “Sivasspor”la qarşılaşacaq “Qarabağ”ın Türkiyəyə səfər proqramı müəyyənləşib.
Klubdan apasport.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi matçın baş tutacağı İstanbula noyabrın 25-də gedəcək.
Qurban Qurbanovun kollektivini qardaş ölkəyə aparacaq təyyarənin saat 12:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından hərəkət etməsi gözlənilir. Azərbaycan çempionunun həmin gün qarşılaşmanın oynanılacağı “Başakşəhər Fatih Terim” stadionunda son məşqi olacaq.
Qeyd edək ki, noyabrın 26-da keçiriləcək “Qarabağ” – “Sivasspor” görüşü Bakı vaxtı ilə 21:55-də start götürəcək.