Zelenski koronavirusdan sağaldı

Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş Ukrayna Prezidenti Vladimir Zelenski sağalıb.
APA-nın “Ukrinform”a istinadən verdiyi xəbərə görə, V. Zelenskinin koronavirus analizinin nəticəsi neqativ çıxıb.
Xatırladaq ki, bir müddət öncə koronavirusa yoluxduğu barədə bildirən Ukrayna Prezidenti xəstəxanaya yerləşdirilib.