Zakari Qross: “Fransa Qarabağın müstəqilliyini tanımır” - FOTO

Fransanın Azərbaycandakı səfiri Zakari Qross ölkəsinin parlamenti tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınmasına dair qətnamənin müzakirəsi məsələsinə münasibət bildirib.
Bu barədə o “Twitter” hesabında yazıb:
“Düşünürəm ki, indiyə kimi bir şey hamıya aydın olmalıdır:
Fransa hökuməti öz parlamentinin müstəqilliyini tanıyır.
O, Qarabağın müstəqilliyini tanımır”.